Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda mollaların döyülməsi ''dəb olub'': Təbrizli molla ölümcül döyüldü

İranda mollaların döyülməsi ''dəb olub'': Təbrizli molla ölümcül döyüldü

Tarix: 3 Noyabr 2022 15:16

Xüsusilə son həftələr İranın müxtəlif şəhərlərində mollaların döyülməsi və əmmamələrinin başlarından götürülməsi gənclər arasında dəb halı alıb.

Noyabrn 2-də Təbrizin Qüds şəhərciyinin Yağçiyan məscidinin imamı Höccətülislam Əmirxanı məsciddən evinə qayıdarkən naməlum gənclər tərəfindən döyülüb.

Sonxeber.net xəbər verir ki, mediaya açıqlamasında Əmirxani gənclərin onu vurub yıxdıqdan sonra təpiklədiklərini, qol və qıç sümüklərinin çatladığını və bir neçə dişinin sındırıldığını deyib. O, hücum edənlərin iki minik avtomobili ilə onu izlədiklərini və saylarının 7-8 nəfər olduğunu bildirib.

Qeyd edək ki, son vaxtlar mollalara qarşı edilən hücumlar və onların əmmamələrinin başlarından vurub salınmasının gənclər arasında dəbə çevrilməsindən sonra ictimai yerlərdə görünən mollaların sayı kəskin azalıb.

Onların çoxunun artıq evdən çıxmağa məcbur olarkən molla libasında deyil, adi geyim geyindikləri bildirilir.

Azər Nuriyev


Etiketlər:  İranda mollaların döyülməsi dəb olub Təbrizli molla ölümcül döyüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ