Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə əldə edib

Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə əldə edib

Tarix: 4 Noyabr 2022 00:02

UEFA Avropa Liqasının qrup mərhələsində VI tura start verilib.

Milli.Az "Report"a istinadən bildirir ki, artıq 4 qrupda mübarizəyə yekun vurulub və daha 4 komanda adını növbəti mərhələyə yazdırıb.

F qrupunda Danimarkanın "Midtüllan" və Niderlandın "Feyenoord", "Qarabağ"ın yer aldığı G qrupunda Fransanın "Nant", H qrupunda isə "Monako" klubu pley-offa adlayıb.

Daha əvvəl "Arsenal" (İngiltərə), PSV (Niderland), "Fənərbağça" (Türkiyə), "Renn" (Fransa), "Betis" (İspaniya), "Yunion" (Belçika), "Mançester Yunayted" (İngiltərə), "Real Sosyedad" (İspaniya), "Frayburq" (Almaniya) və "Ferentsvaroş" (Macarıstan) qrupdan çıxmağı təmin ediblər.

UEFA Avropa Liqası

Qrup mərhələsi, VI tur

3 noyabr

E qrupu
21:45. "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:0

21:45. "Şerif" (Moldova) - "Omoniya" (Kipr) - 1:0
Xal durumu: "Real Sosyedad" - 15, "Mançester Yunayted" - 15, "Şerif" - 6, "Omoniya" - 0

F qrupu
21:45. "Midtüllan" (Danimarka) - "Şturm" (Avstriya) - 1:0

21:45. "Feyenoord" (Niderland) - "Latsio" (İtaliya) - 1:0
Xal durumu: "Midtüllan" - 8, "Feyenoord" - 8, "Latsio" - 8, "Şturm" - 8

G qrupu
21:45. "Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya) - 1:1

21:45. "Olimpiakos" (Yunanıstan) - "Nant" (Fransa) - 0:2
Xal durumu: "Frayburq" - 14, "Nant" - 9, "Qarabağ" - 8, "Olimpiakos" - 2

H qrupu
21:45. "Trabzonspor" (Türkiyə) - "Ferentsvaroş" (Macarıstan) - 1:0

21:45. "Monako" (Fransa) - "Srvena Zvezda" (Serbiya) - 3:1
Xal durumu: "Ferentsvaroş" - 10, "Monako" - 10, "Trabzonspor" - 9, "Srvena Zvezda" - 6

Milli.Az


Etiketlər:  Avropa Liqası Daha 4 komanda pley offa vəsiqə əldə edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ