Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Buraxılış və qəbul imtahanlarının proqramlarına dəyişiklik edildi - VİDEO

Buraxılış və qəbul imtahanlarının proqramlarına dəyişiklik edildi - VİDEO

Tarix: 4 Noyabr 2022 19:42

2023-cü ildə keçiriləcək 9 və 11 illik təhsil səviyyələri üzrə buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramların müzakirəsi başa çatıb. Müxtəlif fənlər üzrə bəzi mövzular proqramdan çıxarılıb, bəziləri isə əlavə edilib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Azərbaycan dili fənni üzrə buraxılış və qəbul imtahanı proqramlarına "Vurğu" mövzusu daxil edilib.

Ədəbiyyat fənni üzrə isə dərsliklərdən çıxarıldığı üçün Mehdi Hüseynin "Odlu qılınc" əsəri və Bəxtiyar Vahabzadənin "Vətəndaş" şeiri proqramdan çıxarılıb.

Riyaziyyat fənni üzrə də bir neçə dəyişiklik var. "Triqonometrik bərabərsizliklər" mövzusu tam orta təhsil səviyyəsi üzrə buraxılış və qəbul imtahanı proqramlarından çıxarılıb. Tədrisinin bir hissəsi mart ayından sonraya düşdüyünə görə "Törəmə və onun tətbiqləri" və "Funksiyanın limiti" mövzuları 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramından çıxarılıb, amma ali təhsil müəssisələrinə qəbul imtahanı proqramında saxlanıb.

Qeyd edək ki, proqramların müzakirəsinin ilkin nəticələri haqqında qısa məlumat Dövlət İmtahan Mərkəzinin rəsmi saytında yerləşdirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Buraxılış qəbul imtahanlarının proqramlarına dəyişiklik edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ