Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Roma Papasından Ukrayna ilə bağlı çağırış

Roma Papasından Ukrayna ilə bağlı çağırış

Tarix: 4 Noyabr 2022 23:12

Katoliklərin ruhani lideri Papa Fransisk dünyanı Ukraynada davam edən müharibəni dayandırmağa çağırıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Roma Papası Fransisk Bəhreynin Sihayr Kral Sarayında keçirilən "Bəhreyn Dialoq Forumu: Şərq və Qərb insanların birlikdə yaşaması üçün" adlı iclasında çıxışı zamanı insanları sülhə səsləyib.

O, dünyanı Rusiyanın Ukraynaya hücumu qarşısında səssiz qalmamağa çağırıb:

"Görünür, faciəvi bir ssenarinin şahidi oluruq. Diqqət və qayğı əvəzinə atəşə, raketlərə, gözyaşlarına və ölümə səbəb oluruq. Silahla oynayırıq".

"Ukraynada davam edən müharibəni dayandırmaq və tərəflər arasında ciddi danışıqlara başlamağa vaxtıdır",- deyə o bildirib.

Milli.Az


Etiketlər:  Roma Papasından Ukrayna ilə bağlı çağırış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ