Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sui-qəsdi öncədən bilirdim” - İmran Xan

“Sui-qəsdi öncədən bilirdim” - İmran Xan

Tarix: 4 Noyabr 2022 23:32

İmran Xan sui-qəsd planını əvvəlcədən bildiyini etiraf edib. 

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, Xan hadisədən sonra ilk dəfə kamera qarşısına çıxıb və jurnalistlərin suallarını cavablandırıb.

O, hadisəsinin baş verəcəyindən xəbərdar olduğunu bildirib:

"Vəzirabad və Qucrat arasında bir yerdə məni öldürmək planının olduğunu öyrənmişdim. Keçmiş Pəncab valisi Salman Tasirə qarşı istifadə etməyə çalışdıqları üsullardan yararlandılar, camaatı təhrik etmək üçün məni küfrdə ittiham etdilər".

Qeyd edək ki, noyabrın 3-ü Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd cəhdi olub. Naməlum şəxs onun içərisində olduğu avtomobilə atəş açıb. Hadisəni törədən şəxs saxlanılıb. 


Etiketlər:  qəsdi öncədən bilirdim İmran


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ