Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2022 07:56
İsmayıllı rayonunun Əhən kəndində ümumi sahəsi 96 m² olan metal konstruksiyadan ibarət talvarın altına yığılan 25 ton ot bağlamasının 5 tonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yüksək temperaturdan talvarın metal konstruksiyaları deformasiyaya uğrayıb.
Ot bağlamalarının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.