Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qonşusunu öldürdü, anasını yandırdı

Qonşusunu öldürdü, anasını yandırdı

Tarix: 7 Noyabr 2022 17:40

Rusiyada, İrkutsk vilayətində məhkəmə tanışını və onun anasını öldürməkdə təqsirləndirilən 34 yaşlı yerli sakinin işinə baxacaq.

Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəsmi nümayəndəsi Karina Qolovaçeva məlumat verib.

Məlumata görə, sərxoş müttəhim yanvarın 12-də qonşusuna gedərək həyat yoldaşına görə qısqanclıq zəminində onunla mübahisə edib. Müttəhim bıçağı çıxararaq, onunla kişini bıçaqlayaraq baş, boyun, döş qəfəsi və mədə nahiyəsindən xəsarətlər yetirib. Kişi bilib ki, mərhumun yaşlı anası evdə qalıb. Daha sonra o, şahiddən yaxa qurtarmaq qərarına gəlib və evə benzin tökərək yandırıb. Təqaüdçü dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Baş vermiş faktla bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin ("Qətl") və 167-ci maddəsinin ("Əmlakı qəsdən məhv etmə və ya zədələməsi") bəndləri ilə iş başlanıb.

İrfan Vəliyev


Etiketlər:  Qonşusunu öldürdü anasını yandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ