Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2022 02:38
"Fateh-110" və "Zülfüqar" ballistik raketləri müqabilində əgər Rusiya İrana nüvə proqramının həyata keçirilməsini sürətləndirməyə kömək etsə, təkcə Ukrayna və Yaxın Şərqi yox, bütün dünya ciddi təhlükə ilə üz-üzə qalar.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ukraynalı ekspert Anatoli Amelin deyib.
Ekspertin sözlərinə görə, İranda vəziyyət təkcə etirazlara görə qarışıq deyil:
"İran Rusiya ilə birlikdə nüvə silahının yayılması üçün faktiki presedent yaradır. Rusiyanın taktiki nüvə silahından istifadə edib-etməyəcəyinə heç kim əmin ola bilmir. Lakin ABŞ artıq 18 min km-ə qədər mənzilə malik 24 qitələrarası raket daşıya bilən sualtı qayığını Aralıq dənizinə köçürüb".