Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2022 06:44
Rayonlarda həkim çatışmazlığı problemi hələ də qalmaqdadır.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, müxtəlif sahələr üzrə ya həkim yoxdur, ya da azdır.
Həkim çatışmazlığı problemi bir çox hallarda rayon xəstəxanalarında uzun növbələrə səbəb olur. Bəzən isə pasiyentlər Bakıya üz tutmaq məcburiyyətində qalırlar.
Zaqatala və Tovuz rayonlarının sakinlərinin sözlərinə görə, həkim çatışmazlı onların işini çətinləşdirir.
Bəs problem necə həll edilməlidir?
Ekspetlər hesab edirlər ki, təcrübəli həkimlər bölgələrdə işləməkdə maraqlı deyillər. Çünki rayonların çoxunda müasir tipli tibbi cihazlar demək olar ki, yoxdur, həmçinin infrastruktur zəifdir. Təklif edilir ki, gənc kadrların rayonlara cəlb edilməsi üçün həvəsləndirici tədbirlər tətbiq edilməlidir.
Həkim çatışmazlı problemini TƏBİB də təsdiqləyir. Əlavə edilir ki, gənc kadrların rayonlara cəlb edilməsi üçün stimullaşdırıcı layihə üzərinə iş gedir.
Daha ətraflı "Xəbər Ertəsi"nin mövzu ilə bağlı videomaterialları təqfdim edirik: