Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşad Dağlı məhkəməyə aparılıb - İzdihamı yaşanır - YENİLƏNİB - VİDEO - FOTO

Rəşad Dağlı məhkəməyə aparılıb - İzdihamı yaşanır - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 10 Noyabr 2022 20:08

19:58

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ Rayon Məhkəməsinə gətirilib.

"Report"un xəbərinə görə, Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Prosesə hakim Teymur Qurbanov sədrlik edəcək.

-------

12:21

Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılıb.

Daha sonra Rəşad Dağlının prokurorluqdan hadisə yerinə aparıldığı bildirilir.

***

12:03

Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hazırda Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılır.

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.


Etiketlər:  Rəşad Dağlı məhkəməyə aparılıb İzdihamı yaşanır YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ