Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Stiv Cobsun zibil qutusundan tapılan ayaqqabıları hərraca çıxarıldı - FOTO

Stiv Cobsun zibil qutusundan tapılan ayaqqabıları hərraca çıxarıldı - FOTO

Tarix: 11 Noyabr 2022 20:40

"Julien's" hərrac evi "Apple" şirkətinin keçmiş rəhbəri Stiv Cobsa məxsus olduğu deyilən bir cüt qəhvəyi rəngli ayaqqabını satışa çıxarıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sahibkarın ayaqqabını 1970-1980-ci illərdə geyindiyi bildirilir.

Sandalları Cobsun Kaliforniyadakı evinin aşpazı Mark Şeff zibil qutusundan götürüb.

"Apple" şirkətinin qurucusunun ayaqqabılarının hərrac yolu ilə 100 min dollardan baha qiymətə satılması planlaşdırılır. Lakin hələlik başlanğıc üçün 22,5 min dollar məbləğ göstərilib. Hərrac rəsmi olaraq cümə günü, noyabrın 11-də baş tutacaq.

Milli.Az


Etiketlər:  Stiv Cobsun zibil qutusundan tapılan ayaqqabıları hərraca çıxarıldı FOTO


RƏYLƏR