Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ekskavatordan istifadə edərək pulla dolu bankomatları oğurlayıblar - VİDEO - FOTO

Ekskavatordan istifadə edərək pulla dolu bankomatları oğurlayıblar - VİDEO - FOTO

Tarix: 12 Noyabr 2022 11:34

Böyük Britaniyanın Kent qraflığında ekskavatordan istifadə edərək pulla dolu bankomatları oğurlayan iki kişi 8 və 7 il həbs cəzasına məhkum edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər əvvəlcə ekskavatoru oğurlayıblar, sonra onun köməyi ilə bina, iaşə obyektlərinin qarşısında quraşdırılan bankomatları götürüb kəndə aparıblar.

Orada onları bankomatlar açılıb pulları götürüləndən sonra bütün sübutları məhv etmək üçün texnikanı yandıraraq məhv ediblər.

Məhkəmədə hər iki şəxs quldurluq etdiklərini boyunlarına alıblar.

Milli.Az


Etiketlər:  Ekskavatordan istifadə edərək pulla dolu bankomatları oğurlayıblar VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ