Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FAO: ''Bu il qlobal ərzaq idxalı üzrə xərclər 2 trilyon dollara çatacaq''

FAO: ''Bu il qlobal ərzaq idxalı üzrə xərclər 2 trilyon dollara çatacaq''

Tarix: 12 Noyabr 2022 14:34

Bu il qlobal ərzaq idxalı ilə bağlı xərclər 1,94 trilyon ABŞ dollara çatacaq ki, bu da, 2021-ci illə müqayisədə 10 % çoxdur.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) "Ərzaq icmalı" hesabatında bildirilib.

Sənədə əsasən, bu il qlobal ərzaq idxalı xərcləri bütün zamanların ən yüksək səviyyəsinə çatacaq:

"Bununla belə, sonuncu hesabatla müqayisədə ərzaq məhsullarının qiymətlərinin yüksəlməsinə və valyutaların ABŞ dollarına nisbətdə ucuzlaşmasına cavab olaraq artım tempinin azalacağı gözlənilir. Rusiyanın Ukraynaya təcavüzündən sonra bütün dünyada ərzaq qiymətləri artsada, indi bir qədər azalıb. Bu ölkələr birlikdə bütün buğda, o cümlədən digər taxıl və müvafiq ərzaq məhsulları ixracının təqribən 30 %-ni qarşılayır.

Qlobal ərzaq idxal artımının əsas hissəsi daha zəngin ölkələrin payına düşsə də, ərzaq qiymətlərinin artması qeyri-mütənasib şəkildə yoxsul ölkələrə təsir edib.

Aşağı gəlirli ölkələr üçün ərzaq idxalı həcm baxımından 10 % azalacağı proqnozlaşdırılsa da, xərc baxımından demək olar ki, dəyişməz qalacağı gözlənilir ki, bu da, bu ölkələr üçün əlçatanlıq problemlərinin artmasını göstərir.

Bu göstəricilər ərzaq təhlükəsizliyi baxımından həyəcan verici əlamətlər olub, idxalçıların artan beynəlxalq xərcləri maliyyələşdirməkdə çətinlik çəkdiyini və potensial olaraq daha yüksək beynəlxalq qiymətlərə qarşı dayanıqlılığının sona çatdığını göstərir".

Hesabata görə, yüksək gəlirli ölkələr ərzaq məhsullarının bütün spektrindən idxal etməyə davam edərkən, inkişaf etməkdə olan həmkarları isə getdikcə əsas mallara yönələcəklər.

"Ötən ay Beynəlxalq Valyuta Fondu (IMF) aşağı gəlirli ölkələrə fövqəladə maliyyə yardımı təmin etmək üçün yeni "Ərzaq şoku pəncərəsi"ni təsdiqləyib. FAO bu addımı alqışlayaraq, ərzaq idxalının artan xərclərinin yükünü yüngülləşdirmək üçün vacib addım kimi qiymətləndirir", - FAO qeyd edib.

Bu il qlobal hesabın təxminən əvvəlki illə müqayisədə 50 %, 2020-ci ilə nisbətən isə təxminən 112 % artaraq 424 milyard ABŞ dollara çatması gözlənilir ki, bu da, əsasən idxal olunan enerji və gübrələrin yüksək xərcləri ilə bağlıdır.

FAO hesab edir ki, qlobal kənd təsərrüfatı məhsulları və ərzaq təhlükəsizliyi üçün mənfi təsirlər 2023-cü ilə qədər uzana bilər:

"Gələn il Kanada və Rusiyada məhsul istehsalının əhəmiyyətli səviyyədə bərpası ilə dünya buğda istehsalının rekord həddə 784 milyon tona çatacağı proqnozlaşdırılır. Bu, qlobal buğda ehtiyatlarını rekord səviyyələrə çatdırsa da, tədarüklərin daha çox Çin və Rusiyada gözlənildiyi üçün dünyanın qalan hissəsində isə ehtiyatların 8 % azalacağı gözlənilir", - hesabatda deyilir.


Etiketlər:  qlobal ərzaq idxalı üzrə xərclər trilyon dollara çatacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ