Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yanımızdakı təhlükə - Alimlərdən HƏYƏCAN TƏBİLİ

Yanımızdakı təhlükə - Alimlərdən HƏYƏCAN TƏBİLİ

Tarix: 12 Noyabr 2022 20:38

Kaliforniya Səhiyyə Departamenti xəbərdarlıq edib ki, radiasiya dozasını azaltmaq üçün yatmazdan əvvəl smartfonları özünüzdən ən azı bir qol uzunluğunda kənara qoymalısınız.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, smartfondan istifadə onkoloji xəstəliklərin yaranmasına şərait yarada, konsentrasiya, psixi sağlamlıq və reproduktiv sistemdə problemlərə səbəb ola bilər.

"İndiyə qədər aparılan tədqiqatlar aydın bir əlaqə olduğunu sübut edə bilmsə də, hər kəs bilir ki, mobil telefon heç də zərərsiz bir cihaz deyil. Aparılan sınaqlar təhlükənin uşaqlar üçün daha çox olduğunu göstərir. Odur ki, smartfonları çarpayıdan 1-2 metr aralıda saxlamağı tövsiyə edirik. İnsanların çoxu telefonu özlərindən uzaq tutmaq üçün xəbərdarlığın olduğunu belə bilmir. Bu narahatedicidir, çünki bundan xəbəri olmayan valideynlər telefonlarını sakitcə uşaqların yanına qoyurlar", - deyə İnsan Sağlamlığı və Ətraf Mühit Fondunun alimi qeyd edib.

Kaliforniya Səhiyyə Departamentinin alimləri vurğulayıblar ki, aşağı tezlikli radiosiqnallar uşaqların beyninə böyüklərinkinə nisbətən daha asan daxil olur və bu, beynin inkişafında zədələnmə və digər mənfiliklərlə nəticələnir.

Milli.Az


Etiketlər:  Yanımızdakı təhlükə Alimlərdən HƏYƏCAN TƏBİLİ


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ