Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2022 14:18
18 il Parisin Şarl de Qoll hava limanında yaşayan iranlı Mehran Kərimi Nasiri vəfat edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Paris hava limanından məlumat verilib.
Məlumata görə, Nasiri 2F terminalında ürəktutmasından keçinib. Aeroport işçiləri, polis və tibbi briqadanın yardımına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Kərim Nasiri 1988-ci ildən 2006-cı ilə kimi Şarl de Qoll aeroportunda yaşayıb. Bir neçə həftə öncə o, yenidən aeroporta qayıtmışdı.