Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yataqxana binası qəzalı vəziyyətə düşüb - VİDEO

Bakıda yataqxana binası qəzalı vəziyyətə düşüb - VİDEO

Tarix: 14 Noyabr 2022 15:26

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən beşmərtəbəli yataqxana binasında çatlar əmələ gəlib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 99 mənzilli yataqxanada yaşayanlar deyirlər ki, belə vəziyyət uzun müddətdir davam edir. Bina uçma təhlükəsi ilə üz-üzədir. Xüsusilə dam örtüyü yarasız vəziyyətdədir, hər gün divarlarda yeni çatlar yaranır.

Sakinlər adiyyəti qurumların məsələdən xəbərdar olduqlarını deyirlər. Onlar köçürülmələrini və əvəzində yeni binanın inşa edilməsini istəyirlər.

Sözügedən yataqxana 144 saylı mənzil kommunal istismar sahəsinin balansındadır.

Sahə rəisi Azad Babayev binanın sökülüb-sökülməyəcəyinə aydınlıq gətirib.

O bildirib ki, yaxın vaxtlarda yataqxananın əsaslı təmir edilməsi ilə bağlı qərarın verilməsi gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Bakıda yataqxana binası qəzalı vəziyyətə düşüb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ