Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2022 16:45
Müğənni Çinarə Məlikzadə şəxsi həyatı ilə bağlı açıqlama verib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Səhərin səsi" verilişində danışıb. İfaçı deyib ki, hazırda sevgilisi yoxdur:
"Çox çətin sevən, ümumiyyətlə çətin bəyənən insanam. Qarışmdakı insanın daxili aləmindən, xarakterindən təsirlənə bilərəm. Maşınla, evlə "risofka"lanan oğlanları bəyənmirəm. İnstaqramda qızlar şəkil paylaşan kimi elə oğlanlar var ki, paylaşırlar bahalı-bahalı... Mənə sənin daxilin maraqlıdır, özün bəs kimsən? Xarici görünüşü də önəmlidir. Deyirlər, əsas qəlbidir. Bu da düzdür. Demirəm, lap çox yaraşıqlı olsun, heç olmasa xarizmatik, özünəxas bir mimikası olsun. Əsas odur ki, bir-birinin əskiyini tamamlaya biləsən.
Əsas dost münasibəti, hörmət və anlayışdır. Çünki bir yaşdan sonra sevgi bitir. Bir problem belə olanda qarşı-qarşıya oturub yetişkin kimi həll edə bilək. Onsuz da bilirəm xoşuna gəlmirsə, bunu etməyəcəm. Zatən bilirsən kimi seçirsən, onu olduğu kimi qəbul etmək lazımdır. Mən oğlan dostlarımla çox səmimiyəm. Deyirəm, siz məni xoşuma gələn oğlanın yanında görməyibsiz. Bir dəfə dostum gördü, ki, Çinarə o deyil də, heç bilmirdim nə danışıram, çox gülməli görünürdü. İnsanı dəyişdirməyin, onu elə olduğu üçün sən sevirsən. Dostum deyir ki, sən oğlanları o qədər tanıyırsan ki, ona görə münasibət qura bilmirsən. Salam verəndə bilirəm necədir. Sevgilim yoxdur. Eşitmişəm, deyirlər ki, o qız məni bəyənməz. Deyirəm, sən gəldin, mən bəyənmədim? Amma öz xoşuma gələn oğlan olanda bildirirəm. O da başa düşür. Problem odur ki, məndən xoşu gələnlər görür ki, oralıq deyiləm. Gərək oğlanı mən seçim, onlar məni yox. İndi seçə bilmirəm, səmimi deyillər. Bir dəfə dedilər ki, bir az qızlarla dostluq et ki, oğlanlara başqa gözlə baxa biləsən".