Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2022 20:20
Rusiyada, Kemerovo vilayətində məhkəmə qohumunu öldürməkdə təqsirləndirilən 53 yaşlı yerli sakinin işinə baxacaq.
Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.
Məlumata görə, təqsirləndirilən şəxs zarafatla ona güləş fəndi tətbiq etdiyi üçün kiçik qardaşı ilə mübahisə edib. Daha sonra böyük qardaş bıçağı götürərək kiçik qardaşını bıçaqlayıb. Bundan sonra kişi qorxaraq ərzaq mağazasına gedib, orada satıcı qadına başına gələnləri danışıb, polis və təcili yardım çağırmasını istəyib.
Fakta görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə iş başlanıb. Təqsirləndirilən şəxs özünü təqsirli bilib və istintaqla əməkdaşlıq edib.
İrfan Vəliyev