Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İşığa olan borcunu ödəməmək üçün görün nə etdi

İşığa olan borcunu ödəməmək üçün görün nə etdi

Tarix: 15 Noyabr 2022 19:16

İki polisi bıçaqlayaraq evində barrikada quran Anapa sakini hadisə yerinə gələn İstintaq Komitəsinin əməkdaşına atəş açıb və daha bir polisi yaralayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Krasnodar diyarı üzrə şöbəsindən məlumat verilib.

Rayon istintaq idarəsinin əməkdaşının həyatına qəsd, eləcə də Daxili İşlər Nazirliyinin iki əməkdaşına qarşı zorakılıq tətbiq edilməsi ilə bağlı cinayət işi başlanıb.

Məlumata görə, 56 yaşlı şübhəli şəxs artıq zərərsizləşdirilib. O, hüquq-mühafizə orqanlarının evə hücumu nəticəsində öldürülüb.

Qeyd edək ki, noyabrın 14-də Anapada enerji satışı şirkətinin nümayəndələri ödəniş edilmədiyinə görə elektrik enerjisini kəsmək üçün yerli sakinin evinə gəliblər. Onları iki polis müşayiət edib. Nəticədə borclu polisləri bıçaqlayaraq evində barrikada qurub.

Polislərdən birinin bud nahiyəsindən, ikincisinin isə ovuc nahiyəsinin kəsilmiş bıçaq yarası aldığını dəqiqləşdirilib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur.


Etiketlər:  İşığa olan borcunu ödəməmək üçün görün etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ