Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maştağa sakininin torpağa basdırdığı silah-sursat aşkarlanıb

Maştağa sakininin torpağa basdırdığı silah-sursat aşkarlanıb

Tarix: 16 Noyabr 2022 10:54

Mağtağa sakini Vüqar Quliyevin torpağa basdırdığı silah-sursat aşkarlanıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Baki İstintaq Təcridxanasında cəza çəkən Maştağa qəsəbə sakini Vüqar Quliyevin qəsəbə ərazisində torpağa basdırdığı nömrəsi silinmiş "TOZ-8" markalı tüfəng və 6 ədəd patron aşkar edilərək götürülüb.

Milli.Az


Etiketlər:  Maştağa sakininin torpağa basdırdığı silah sursat aşkarlanıb


RƏYLƏR