Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən xoş günündə öldü

Ən xoş günündə öldü

Tarix: 16 Noyabr 2022 19:48

Braziliyanın Rio-de-Janeyro şəhərindən olan İT mütəxəssisi yeni işəgötürənlə müqavilənin imzalanmasını qeyd etməyə gedib, qayalıqda selfi çəkdirmək qərarına gəlib və ölüb.

Milli.Az bildirir ki, bu barədə "Daily Star" məlumat yayıb.

33 yaşlı İqor de Oliveyra Rodrigez Dias çoxdan arzuladığı işə düzəlib. Müqavilə imzalayan İT mütəxəssisi bu hadisəni dostu ilə qeyd etməyə getib. Kişi Joatinga çimərliyinə baxan uçurumun üstündə selfi çəkdirmək istəsə də, sürüşərək 12 metr hündürlükdən yıxılıb.

Hadisə yerinə yanğınsöndürənlər gəlib, lakin onlar gələnə qədər Dias artıq ölüb. Yıxılan kimi başı daşa dəyib. Yanğınsöndürənlər kişinin cəsədini çıxarmaq üçün helikopterdən istifadə etməli olublar.

Mərhumun 60 yaşlı anası Luiza Rodriges oğlu ilə ölümündən bir müddət əvvəl danışdığını deyib. "Onun niyə hündür qayaya dırmaşmaq qərarına gəldiyini bilmirəm. O, tək uşaq idi. O, oxudu, onun bütün həyatı qabaqda idi", - o deyib.

Dias Rio-de-Janeyro Federal Universitetinin məzunu olub və məzun olduqdan sonra iki əlavə kursu bitirib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  xoş günündə öldü


RƏYLƏR