Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2022 08:38
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya Paralimpiya Komitəsinin (RPK) təşkilatdakı üzvlüyünü dayandırıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə BPK Tvitter hesabında məlumat verib.
Qərar Berlində təşkilatın növbədənkənar Baş Assambleyasında qəbul edilib.
Qeyd olunur ki, bu, Rusiyanın təşkilatın nizamnaməsinə uyğun olaraq üzvlük öhdəliklərini yerinə yetirə bilməməsi ilə bağlıdır.
Sözügedən qərara 39 nəfər qarşı çıxıb, 64-ü lehinə səs verib. 16 nəfər isə bitərəf qalıb.