Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2022 18:05
"Biri balabanın adını səhv deyəndə, hirsləndim. Baxdım ki, tanımırlar. Dedim ki, "Əlixan, sən bunu tanıdacaqsan".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu nəfəsli alətlərin tanınmış ifaçısı, Xalq artisti Əlixan Səmədov Baku TV-yə müsahibəsində deyib.
O qeyd edib ki, bu musiqi alətini tanıtmaq üçün o qədər işlər görüb ki, hətta onu bir müddət "Balaban bəy" adlandırıblar.
"İlk dəfə albomum çıxanda dedilər ki, sənin musiqin elitdir" deyən Xalq artisti məşhur türkiyəli müğənnilərin mahnılarındakı ifalarından, ermənilərin balabanı özününküləşdirməyə çalışmasına qarşı necə mübarizə aparmasından da bəhs edib.