Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pişiyi tapdaladı, yıxıldı, 14 saat köməksiz qaldı...

Pişiyi tapdaladı, yıxıldı, 14 saat köməksiz qaldı...

Tarix: 18 Noyabr 2022 22:22

Britaniyalı musiqiçi Kris Rouli sfinks cinsindən olan pişiyi tapdaladıqdan sonra yıxılıb və 14 saat kömək gözləyib.

Milli.Az bildirir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Oktyabrın 23-də pişik Erik evin pilləkənləri ilə qalxarkən özünü 59 yaşlı Krisin ayaqları altına atıb. Kişi büdrəyərək 14 addımlıq hündürlükdən yıxılıb, bundan sonra 14 saat yerindən tərpənə bilməyib, öz qanının içində yatıb. "Telefon sönmüşdü, qalxa bilmədim. Fiziki olaraq qalxa bilmədim, bu ən pis hissdir. Demək olar ki, klaustrofobiya kimi. Çölə çıxma, heç nə etmə", - kişi xatırlayıb. Yalnız arvadı Ceki gecə növbəsindən qayıdanda və həkimləri çağıranda Kris kömək əldə edə bilib.

Kişinin sözlərinə görə, belə ağır xəsarətlər adətən qəzadan sonra alınır. "Mənim kəllə sümüyüm, boynumdakı sümük, onurğam iki yerdə, doqquz qabırğam sınıb və ciyərlərimə qan dolmuşdu", - o deyib.

Zədələrdən sağalma müddəti Krisi 6 aydan 12 aya qədər gəlirsiz qoyacaq. Buna baxmayaraq, o, pişiyə qarşı kin saxlamayıb. Roulinin dediyinə görə, heyvan sadəcə oynayıb və heç kim qəzadan sığortalanmayıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Pişiyi tapdaladı yıxıldı 14 saat köməksiz qaldı


RƏYLƏR