Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna dronu Donbassda əsgəri əsir götürdü - VİDEO

Ukrayna dronu Donbassda əsgəri əsir götürdü - VİDEO

Tarix: 19 Noyabr 2022 16:48

Ukrayna hərbçiləri bütün mümkün texnikadan istifadə edərək rusiyalılara qarşı mübarizəni davam etdirir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu mübarizədə dronlar böyük rol oynayır.

Ukrayna dronlarının havada döyüşünü əks etdirən videodan sonra indi də başqa bir dron görüntüsü yayımlanıb. Videogörüntüdə Ukrayna dronu Donetsk istiqamətində "Vaqner" əsgərini əsir götürür.

Video könüllü Serqey Pritula tərəfindən paylaşılıb. Görüntülər ona 54-cü Xüsusi Mexanikləşdirilmiş Briqadanın K2 bölməsindən təqdim edilib.

"Bu uğursuzun bölməsi məhv edildi, ona görə də onun əllərini və ağ bayrağı qaldırmaqdan başqa çarəsi qalmadı. Dron gəldi, "Arxamca gəl" işarəsini verdi və əsgərlərimizin onu gözlədiyi yerə apardı", - deyə o, videoya verdiyi şərhdə bildirib.

Milli.Az


Etiketlər:  Ukrayna dronu Donbassda əsgəri əsir götürdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ