Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rus dilində danışdı, sevgilisi əsəbiləşdi - Ürəyindən bıçaqladı

Rus dilində danışdı, sevgilisi əsəbiləşdi - Ürəyindən bıçaqladı

Tarix: 19 Noyabr 2022 19:24

Türkiyədə sevgilisinin anası ilə telefonda rusca danışmasına əsəbiləşən gənc onunla mübahisə edib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, baş verən davada gənc qız sevgilisini ürəyindən bıçaqlayaraq öldürüb.

Sözügedən hadisə Türkiyənin Aydın vilayətində baş verib.

Gecə saat 02:30 radələrində Süleyman Dəmirəl bulvarında yerləşən "Royal Apart Residence"də birlikdə yaşayan Oğuzhan Çavuş və Gül Üliana Yaşar dostları ilə əyləndikdən sonra evə gəliblər. Bu vaxt Gül Üliananın anası qızına zəng edərək danışmağa başlayıb. Anası ilə rusca danışan qızın telefon danışığı bitdikdən sonra sevgilisi onunla mübahisə etməyə başlayıb. Oğuzhan Çavuşun bıçaqla qızın yanına gələrək "Niyə mənim yanımda rusca danışırsan, anan ilə nə danışdın" deməsi ilə mübahisə daha da böyüyüb.

Mübahisə zamanı əlinə çörək bıçağı alan Gül Üliana Yaşarın 22 yaşlı sevgilisini ürəyindən bıçaqladığı iddia edilib.

Aldığı bıçaq zərbəsi ilə qanlar içində yerə yıxılan Oğuzhan Çavuş hadisə yerində dünyasını dəyişib.

Polis araşdırmasından sonra Oğuzhan Çavuşun cəsədi Kuşadası dövlət xəstəxanası meyitxanasına aparılıb. Sevgilisini bıçaqla öldürdüyü iddia edilən Gül Üliana Yaşar polis qrupları tərəfindən saxlanılıb. Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.


Etiketlər:  dilində danışdı sevgilisi əsəbiləşdi Ürəyindən bıçaqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ