Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qusarda ağır yol qəzası olub, ölən və yaralanan var

Qusarda ağır yol qəzası olub, ölən və yaralanan var

Tarix: 20 Noyabr 2022 20:44

Qusar rayonunda avtomobil qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Əvəcuq kəndində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər - 1993-cü il təvəllüdlü Kamil Tofik oğlu Ədilxanov ölüb.

Eyni zamanda rayon sakini - 1995-ci il təvəllüdlü Tural Tərlan oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

K.Ədilxanovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Qusarda ağır yol qəzası olub ölən yaralanan var


RƏYLƏR