Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident ICAPP-ın Baş katibini qəbul edib

Prezident ICAPP-ın Baş katibini qəbul edib

Tarix: 21 Noyabr 2022 14:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) Baş katibi Cho Byunq-jaeni qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qonaq Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, Partiyanın əldə etdiyi uğurlar və ölkəmizin qazandığı mühüm nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirdi.

Görüşdə ICAPP-ın sabah Bakıda keçiriləcək "Sülh və təhlükəsizlik: siyasi partiyaların rolu" mövzusunda xüsusi konfransının əhəmiyyəti vurğulandı.

Söhbət zamanı ölkəmizin Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının fəaliyyətinə həmişə mühüm töhfələr verdiyi qeyd edildi, uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

Milli.Az


Etiketlər:  Prezident ICAPP ın Baş katibini qəbul edib


RƏYLƏR