Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: Sadio Maneni "Barselona"nın futbolçusu əvəzləyəcək

DÇ-2022: Sadio Maneni

Tarix: 21 Noyabr 2022 16:40

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Seneqal millisinin futbolçusu Sadio Maneni əvəzləyəcək oyunçunun adına aydınlıq gəlib.

Milli.Az "report"a istinadən xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Aliu Sisse mətbuat konfransında bildirib.

O, Manenin əvəzinə İspaniya "Barselona"sından Musa Ndiayenin komandaya cəlb olunduğunu söyləyib.

Bununla da kataloniyalıların mundiala göndərdikləri oyunçu sayı 18-ə çatıb. Daha əvvəl Alexandro Balde, Jordi Alba, Erik Qarsiya, Serxio Buskets, Ansu Fati, Ferran Torres, Pedri, Qavi (hamısı İspaniya), Andres Kristensen (Danimarka), Mark-Andre ter Ştegen (Almaniya), Robert Levandovski (Polşa), Usman Dembele, Jül Kunde (hər ikisi Fransa), Rafinya (Braziliya), Memfis Depay, Frenki de Yonq (hər ikisi Niderland) və Ronald Arauxonun (Uruqvay) Qətərə yollandığı dəqiqləşib.

Qeyd edək ki, Seneqal seçməsi A qrupunun I turunda bu gün Niderlandla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  2022 Sadio Maneni Barselonanın futbolçusu əvəzləyəcək


RƏYLƏR