Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2022 22:56
PSJ-nin sahibi və prezidenti Nasser El Xelaifi klubu satmaq təklifini rədd edib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu qətərli iş adamı özü açıqlayıb.
O, bildirib ki, Paris klubunun kiçik bir hissəsini satmağın əleyhinə deyil: "4 milyard avrodan çox təklif etdilər. Klubu tamamilə satmaq fikrində deyilik, amma kiçik bir faizi niyə də olmasın? Müxtəlif təkliflər üzərində düşünürük. PSJ-ni 70 milyon avroya almışıq. İndi onun dəyəri 4 milyard avrodan çoxdur".
Qeyd edək ki, Nasser El Xelaifi 2011-ci ildən PSJ-yə rəhbərlik edir.