Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2022 08:10
Fransa millisinin və "Milan"ın futbolçusu Olivye Jiru yığmanın sabiq hücumçusu Tyeri Anrinin rekordunu təkrarlayıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, Qətərdəki dünya çempionatında Avstraliyaya qarşı keçirdikləri D qrupunun ilk tur oyununda dubl edən 36 yaşlı forvard 52 qolla bombardirlər siyahısında liderliyə yüksəlib. O, hazırda Anri ilə birlikdə ilk sıranı bölüşdürür.
Təcrübəli forvard 32-ci və 71-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
Avstraliya ilə oyunda fərqlənən Kilian Mbappe isə mundiallarda 5 qol vuran ən gənc fransalı futbolçu kimi tarixə düşüb. Bu göstərici üzrə 2-ci pillədə Jüst Fonten qərarlaşıb. O, 1958-ci ildəki dünya çempionatında 5 qol vurarkən 24 yaşında olub.