Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qış yaxınlaşır, ancaq Ukrayna dayanmayacaq

Qış yaxınlaşır, ancaq Ukrayna dayanmayacaq

Tarix: 24 Noyabr 2022 08:42

Qış ərəfəsində Ukraynadakı Rusiya qoşunları hücumların intensivliyini azaltmağa məcburdur.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Sergey Qrabski deyib.

Ekspert qeyd edib ki, ruslar müəyyən ərazilərdə (Donetsk, Luqansk və Zaporojye - red.) top atışlarını gücləndirməklə Ukrayna Silahlı Qüvvələrinin irəliləyişini cilovlamağa çalışırlar:

"Təxminən eyni proseduru müşahidə edəcəyik. Rus qoşunlarının motivasiyasının o qədər də yüksək olmaması səbəbindən imkan əldə edirik. Ukrayna qoşunları daha dərin manevr imkanları qazanırlar. Və düşmənin müdafiəsində zəif cəhətləri aşkar edərək, ərazilərin azad edilməsi üçün müəyyən hücumlar edirlər. Ona görə də hansısa əməliyyat fasiləsindən, hərbi əməliyyatların ləngiməsindən və ya intensivliyin azaldılmasından danışmağa ehtiyac yoxdur. Hərbi əməliyyatların intensivliyi eyni yüksək səviyyədə qalacaq".


Etiketlər:  Qış yaxınlaşır ancaq Ukrayna dayanmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ