Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Geyindiyi sandal 218 min dollara satıldı

Geyindiyi sandal 218 min dollara satıldı

Tarix: 25 Noyabr 2022 04:46

"Apple" qurucusu Stiv Cobsun geyindiyi sandal hərracda 218 min dollara satılıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, söhbət 1970-ci illərdə buraxılan Birkenstock ayaqqabı brendindən gedir. Məhsulun təsvirində deyilir ki, sandalların içərisindəki altlıq uzun müddət geyindikdən sonra yaranan Stiv Cobsun izini saxlayıb.

Sandalın 60 min dollara satılacağı gözlənilirdi, lakin qaynar hərrac zamanı qiymət 218 min dollara qalxıb.

Qeyd edək ki, Cobs 2011-ci ildə mədəaltı vəzi xərçəngindən vəfat edib.


Etiketlər:  Geyindiyi sandal dollara satıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ