Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəhd etdim, amma Putin dinləmədi - Merkel

Cəhd etdim, amma Putin dinləmədi - Merkel

Tarix: 25 Noyabr 2022 14:50

Almaniya kansleri postunu tərk etməzdən əvvəl Vladimir Putinlə Ukrayna ilə bağlı danışıqları təşkil etməyə çalışdım.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın keçmiş kansleri Angela Merkel "Spigel" jurnalına müsahibəsində deyib.

Merkel bildirib ki, Fransa Prezidenti Emmanuel Makronla birlikdə 2021-ci ildə vəzifəsinin son yayında Putinlə AB çərçivəsində danışıqlar aparmağı planlaşdırıb:

"Amma mənim daha israr etmək imkanım yox idi, çünki hamı bilirdi ki, payızda postumdan gedəcəyəm".

Eks-kansler 2021-ci ilin avqustunda Moskvaya son səfərindən də danışıb və bu səfər zamanı onun artıq nüfuzlu siyasətçi kimi qəbul edilmədiyini hiss edib:

"Bu, çox aydın idi: "Siyasətdə təsir baxımından işiniz bitib". Putin üçün yalnız güc önəmlidir".

Milli.Az


Etiketlər:  Cəhd etdim amma Putin dinləmədi Merkel


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ