Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Baş məşqçi bizə hörmətsizlik etdi”

“Baş məşqçi bizə hörmətsizlik etdi”

Tarix: 25 Noyabr 2022 16:14

Braziliya millisinin kapitanı Tiaqo Silva DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Serbiya ilə keçirilən oyundan sonra rəqibin baş məşqçisi Draqan Stoykoviçin cavabını verib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, veteran müdafiəçi Stoykoviçin qarşılaşmadan əvvəl səsləndirdiyi fikrə münasibət bildirib.

Çalışdırıcının "Dörd hücumçu ilə oynayacaqsan? Bəs arxada kim olacaq", sualına cavab verən Silva bunu hörmətsizlik adlandırıb: "Çox mübahisə etməyi sevmirəm. Amma rəqib baş məşqçinin sözləri hörmətsizlikdir. Bir az hörmət et! Komandamızı öyrənsəydiniz, görərdiniz ki, meydanda nə qədər hücumçu olursa-olsun, oyunlarda 2-3 qol buraxmırıq. Serb baş məşqçi bunu deyəndə bizə hörmət etmədi".

Qeyd edək ki, Braziliya ilk turda Serbiyanı 2:0 hesabı ilə məğlub edib. "Sambaçılar" növbəti oyununu noyabrın 28-də İsveçrəyə qarşı keçirəcək.

Milli.Az


Etiketlər:  Baş məşqçi bizə hörmətsizlik etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ