Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəşad ginekoloq xanımına lüks avtomobil hədiyyə etdi - VİDEO

Rəşad ginekoloq xanımına lüks avtomobil hədiyyə etdi - VİDEO

Tarix: 25 Noyabr 2022 18:40

Əməkdar artist Rəşad İlyasov ginekoloq həyat yoldaşı Gülnarə xanıma avtomobil hədiyyə edib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.

İlyasov bildirib ki, xanımına avtomobili doğum günü hədiyyəsi olaraq alıb.

"Ötən gün həyat yoldaşım Gülnarə xanımın ad günü idi. Ona doğum günü hədiyyəsi olaraq avtomobil hədiyyə aldım. Xalam, kamança ustadı, Xalq artisti Şəfiqə Eyvazovaya deyirəm ki, xanımıma avtomobil aldım. Deyir ki, əcəb elədin aldın. Sual verir ki, ona hansı maşını aldın? Söyləyirəm ki, filan marka. Deyir ki,"Jeep" aldın (gülür)", - deyə Rəşad vurğulayıb.

Qeyd edək ki, R.İlyasovun həyat yoldaşı Gülnarə İlyasova hazırda "Səhiyyə" televiziyasında səhər verilişinin aparıcısıdır.

Milli.Az


Etiketlər:  Rəşad ginekoloq xanımına lüks avtomobil hədiyyə etdi VİDEO


RƏYLƏR