Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: Futbolçuları ən çox qol vuran liqalar və klublar - SİYAHI

DÇ-2022: Futbolçuları ən çox qol vuran liqalar və klublar - SİYAHI

Tarix: 25 Noyabr 2022 19:42

Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin ilk turunda baş tutan 16 oyunda qapılara ümumilikdə 41 top vurulub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ən çox qola İngiltərə Premyer Liqasında çıxış edən futbolçular imza atıb.

Karyerasını "Dumanlı Albion"da davam etdirənlər 8 dəfə fərqlənib. İngiltərəni 6 qolla İspaniya La Liqası izləyir. Fransa Liqa1-i 5, İtaliya A seriyası və Almaniya Bundesliqası isə 4 topla öyünə bilər.

40 qol ümumilikdə 26 fərqli klubun nümayəndəsi arasında bölüşdürülüb. İlk turda fərqlənənlərdən yalnız portuqaliyalı Kriştiano Ronaldo klubsuzdur. Dörd klubun oyunçuları 3 dəfə rəqib qapılarına yol tapıb. Bu baxımdan "Fənərbaxça", PSJ, "Milan" və "Barselona" hamını qabaqlayır. "Mançester Siti", "Arsenal", "Porto", "Tottenhem", "Atletiko" və "Əl-Hilal"ın oyunçuları 2 qolla diqqət çəkib.

Mundialda futbolçusu 1 qol vuran klublar isə bunlardır: "Mançester Yunayted", PSV, "Ayaks", "Borussiya" (Dortmund), "Çelsi", "Lill", "Los-Anceles", "Yuventus", "Adelayde Yunayted", "Frayburq", "Boxum", "Leypsiq", "Real", "Monako", "Əl-Sədd", "Srvena Zvezda".

Qeyd edək ki, dünya çempionatında qrup mərhələsinin II turuna bu gün start veriləcək.

Milli.Az


Etiketlər:  2022 Futbolçuları ən çox qol vuran liqalar klublar SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ