Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranlı qardaşlar Rusiyaya casusluqda ittiham olundu

İranlı qardaşlar Rusiyaya casusluqda  ittiham olundu

Tarix: 26 Noyabr 2022 19:32

İsveç məhkəməsində iki iranlı qardaş - Peyman və Peyam Kia Rusiya casusluq etdikləri üçün məhkəmə qarşısına çıxarılır.

Milli.Az axar.az-a istinadən bildirir ki, ittihamnamə mətnində qardaşların 28 sentyabr 2011-ci ildən 20 sentyabr 2022-ci il tarixinə qədər Rusiya ordusunun kəşfiyyat idarəsinə məlumat ötürdüyü qeyd olunub.

Peyman Kianın İsveç ordusunda, eləcə də ölkənin təhlükəsizlik polisində, Peyam Kianın isə da bir müddət İsveç Təhlükəsizlik Təşkilatında çalışdığı bildirilir.

Məhkəmədə prokuror qardaşların cəsusluğunu "İsveçdə son 20 ildə görünməmiş hadisə" kimi dəyərləndirib.

İranəsilli qardaşların cinayət əməlləri sübuta yetirilərsə, onları ömürlük həbs cəzasının gözlədiyi bildirilir.

Milli.Az


Etiketlər:  İranlı qardaşlar Rusiyaya casusluqda ittiham olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ