Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandan Azərbaycana narkotik keçirən qadın saxlanılıb

İrandan Azərbaycana narkotik keçirən qadın saxlanılıb

Tarix: 7 Oktyabr 2019 15:03

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı özünü şübhəli apardığı üçün saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şifahi sorğu-sual zamanı xanım vətəndaş üzərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib.

Şəxsi yoxlama zamanı vətəndaşın alt paltarında 3 ədəd bükümdə çəkisi 23 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və çəkisi 136 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İrandan Azərbaycana narkotik keçirən qadın saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ