Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2022 00:00
Böyük Britaniya Kraliçası II Elizabet həyatının son illərində əziyyətli xərçəng xəstəliyilə mübarizə aparıb.
Bunu Krallığın bioqrafı Caysl Brandert deyib. II Elizabetin rəsmi ölüm səbəbi yaşlılıq olaraq göstərilmişdi. Amma Brandert iddia edir ki, əslində sümük iliyi xərçənginin nadir forması monarxın həyatına son qoyub.
"Mən eşitmişdim ki, Kraliçada mielomalar forması var. Bu diaqnoz onun yorğunluğunu, çəki itirməsini izah edir. Hazırda xərçəngin bu növündən müalicə yoxdur" , - deyəə Brandret II Elizabet haqqında yeni kitabında yazıb.
Xatırladaq ki, II Elizabet 2022-ci il sentyabrın 8-də 96 yaşında vəfat edib. Onun ölümündən sonra böyük oğlu Çarlz yeni monarx olub.