Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KİV: Rusiya Ukraynadan öncə Yaponiyaya hücum etməyə hazırlaşırdı

KİV: Rusiya Ukraynadan öncə Yaponiyaya hücum etməyə hazırlaşırdı

Tarix: 28 Noyabr 2022 00:00

Rusiya 2021-ci ilin yayında, Ukraynaya hərbi müdaxilə etməmişdən təxminən yarım il əvvəl Yaponiyaya hücum etməyə hazırlaşırdı.

Sonxeber.net bildirir ki, bu barədə "report" "Newsweek" nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, bu, "Dəyişiklik küləyi" ləqəbli agentin korrupsiyaya qarşı mübarizə aparan "Gulagu.net" saytını idarə edən rusiyalı hüquq müdafiəçisi Vladimir Oseçkinə göndərdiyi elektron məktubdan məlum olub.

Rusiya Federal Təhlükəsizlik Xidmətindən olan şəxsin paylaşdığı məxfi sənədlərdə deyilir ki, Rusiya 2021-ci ilin avqustunda Yaponiya ilə hərbi münaqişəyə kifayət qədər ciddi hazırlaşırdı.

"Ölkələrin kəskin qarşıdurma, hətta müharibə mərhələsinə keçəcəyinə inam yüksək idi. Nə üçün sonda Ukrayna müharibə üçün seçildi, ona başqaları cavab verəcək".

Qeyd olunub ki, Kremlpərəst təbliğatçılar "nasistlər" və "faşistlər" haqqında terminologiyadan istifadə edərək rusların yaponlara nifrətini artırmalı idilər. Bu təbliğat kampaniyasında ilk addım İkinci Dünya müharibəsi zamanı Yaponiya xüsusi xidmət orqanlarının sovet vətəndaşlarına işgəncə verməsi və sovet hərbi əsirləri üzərində "dəhşətli bioloji eksperimentlər" aparması barədə məlumatın FTX tərəfindən məxfiliyi ləğv etmək idi. Bundan əlavə, Yaponiyanın 1938-ci ildən SSRİ ilə müharibəyə hazırlaşdığı, guya təxribat törətdiyi iddia edilirdi.

"Newsweek" analitikləri xatırladıblar ki, İkinci Dünya müharibəsindən sonra Rusiya və Yaponiya arasında rəsmi şəkildə sülh müqaviləsi imzalanmayıb. Buna səbəb Yaponiyanın iddia etdiyi bir qrup adadır. Bunlar Kuril adalarından Kunasiri, İturup, Şikotan və Xabomay adalarıdır. Tokio adaları özünün "Şimal əraziləri" hesab edir və bu məsələ onilliklər ərzində Rusiya ilə Yaponiya arasında münasibətləri gərginləşdirib.

"Yaponiya üçün bu, onun müasir geosiyasətinin təməl daşıdır: İkinci Dünya müharibəsində məğlub olmuş ölkə statusu hələ də yaponların rəsmi hərbi gücə, xarici kəşfiyyat xidmətinə və bir sıra başqa güclərə malik olmasına manedir. Yaponiya üçün Kuril adalarının qaytarılması əslində onun müharibədən sonrakı statusunun yenidən nəzərdən keçirilməsi və ya hətta ləğvi demək olardı" - , mənbə bildirib.


Etiketlər:  KİV Rusiya Ukraynadan öncə Yaponiyaya hücum etməyə hazırlaşırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ