Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Iphone 14”ün satışı dayandırıla bilər: Karantin, iğtişaşlar...

“Iphone 14”ün satışı dayandırıla bilər: Karantin, iğtişaşlar...

Tarix: 28 Noyabr 2022 17:28

Çinin Zenqzou şəhərindəki "Apple" şirkətinin "Foxconn" filialında yaranan problemlər "iPhone 14"ün istehsalını və satışını təhlükə altına qoyub.

Milli.Az-ın lent.az-a istinadən məlumatına görə, on minlərlə işçi fabriki tərk edir. Ölkədə koronavirusun yayılması ilə məhdudiyyətlərin yenidən tətbiqi və maaşların gecikməsi səbəbindən iğtişaşlar başlayıb.

Hətta zavod işçiləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşmaların görüntüləri sosial şəbəkələrdə yayılaraq gündəm olub.

Qeyd edək ki, Çinin bir çox bölgələrində insanlar yenidən karantin rejiminin tətbiq edilməsinə qarşı etiraz aksiyaları keçirir.

Milli.Az


Etiketlər:  Iphone 14ün satışı dayandırıla bilər Karantin iğtişaşlar


RƏYLƏR