Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2022 20:10
Bərdə şəhəri, Həzi Aslanov küçəsində bir sıra evlərə qaz xətti çəkilməyib.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, küçədə qaz var, amma sakinlər ondan istifadə edə bilmirlər.
Qaz xətti yaşayış məhəlləsinin cəmi 5 metrliyindən keçir. Küçədə bəzi evlərə qaz xətti çəkilsə də, bəziləri hələ də mavi yanacağa həsrətdir. Elə sakinləri narazı salan da budur. Sakinlər mavi yanacağa olan ehtiyaclarını qaz balonları, elektrik cihazları və odun sobalarından istifadə edərək qarşılayırlar.
Sakinlər yaranmış problemlə bağlı dəfələrlə "Azəriqaz"a müraciət etdiklərini, ancaq heç bir nəticənin olmadığını deyirlər.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Xəzər Xəbər"ə bildirdi ki, Bərdə ölkə üzrə ən çox qazlaşdırılan rayonlardandır və rayon üzrə qazlaşdırma mərhələli şəkildə davam etdirilir. Sözügedən yaşayış məntəqəsinin tam qazlaşdırılması məsələsi "Azəriqaz" tərəfindən qeydiyyata alınıb. Əgər vətəndaşlar proqramdan daha tez təbii qazla təmin olunmaq istəyirlərsə, o zaman "ASAN kommunal"a müraciət edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: