Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Biz uduzsaq, dünyanı toza çevirəcəyik...'' - Simonyan dünyanı hədələyir

''Biz uduzsaq, dünyanı toza çevirəcəyik...'' -  Simonyan dünyanı hədələyir

Tarix: 30 Noyabr 2022 12:30

Rusiyalı təbliğatçı Marqarita Simonyan Rusiyada bəzilərinin Rusiyanın Ukraynada törətdiyi cinayətlərə görə beynəlxalq tribunaldan ehtiyat etməsinə təəccüb edib.

Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu barədə o, "Rossiya-1" telekanalında "Vladimir Solovyovla hər axşam" verilişinin efirində bəyan edib.

"Hazırda hər gün Ukraynaya döyüşməyə, insanlarımızı öldürməyə kömək edən infrastruktur məhv edilir, məni heyrətə gətirən, təəssüf ki, çoxlarını tanıdığım, o cümlədən çox yuxarı dairələrdə olanlar orada nə düşünəcəklərdən qorxurlar, hansısa Haaqadan qorxurlar", - o, deyib.

"Mən demək istəyirəm ki, əgər biz uduzmağı ağlımızdan belə keçirsək, hətta Kreml divarları arxasında səki daşlarını təmizləyəni də Haaqa, - şərti və ya konkret olsun, - gözləyəcək. Kiyevin daha bir rayonunun işıqsız qalıb-qalmayacağından bizə nə?

Əgər biz uduzmağı ağlımızdan keçirsək və bu, baş verərsə, bu fəlakətin miqyasını hətta təsəvvür etmək belə mümkün deyil. Haaqadan qorxursunuz, meşəyə də getməyin", - Simonyan deyib.

Aparıcı Solovyov ona düzəliş verməyə tələsib və Rusiyanın uduzacağı tədqirdə dünyanın toza çeviriləcəyini vəd edib.

Simonyan veriilişdə həm də qeyd edib ki, "Ukrayna balaca ölkə deyil, Avropa meyarlarına görə həddən artıq böyükdür və onu kiçiltmək gərəkdir, biz də məhz bununla məşğuluq və Allaha şükürlər olsun ki, bunu uğurla edirik.


Etiketlər:  uduzsaq dünyanı toza çevirəcəyik Simonyan dünyanı hədələyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ