Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadakı İran dronları bitdi, yenisi verilmir...

Rusiyadakı İran dronları bitdi,  yenisi verilmir...

Tarix: 1 Dekabr 2022 13:14

Rusların İran PUA-larından təxminən iki həftədən çoxdur ki, istifadə etdiyini görmürük.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib.

"Mümkündür ki, ilk partiya bitib. "Şahid-136" PUA-sından 400-dən çox idi. 340-ı hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildi. Rusiyanın 1740 ədəd sifariş etdiyi barədə informasiya var idi. Düşünürəm ki, Rusiyanın bundan sonra İran dronu almaq imkanı yoxdur. Ola bilsin ki, siyasi proseslər gedir, Yaxın Şərqdə də vəziyyət sadə deyil. İran çox ağır şəraitdədir və buna başqa ölkələr təsir edə bilər", - deyə o bildirib.

Milli.Az


Etiketlər:  Rusiyadakı İran dronları bitdi yenisi verilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ