Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2022 17:45
Aşıq Telli Borçalı xarici görünüşünü dəyişdirmək üçün plastik əməliyyat etdirməsi ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu "7 canlı" axşam şousunda danışıb.
Sözügedən verilişin aparıcısı Vüsalə Əlizadə "Bir müğənnidən eşitdim ki, Telli plastik əməliyyat etdirəcək. Hətta sizi həkimlə görüşəndə görənlər olub" xanım aşığa sual ünvanlayıb.
Telli isə haqqında yayılan bu xəbərin yalan olduğunu bildirib.
"Belə şey olmayıb. Hansı həkimdirsə, mənə göstərsinlər. Bu bərəkət haqqı əməliyyat etdirməmişəm. Plastik əməliyyat etdirənlərə də pis baxmıram. Bədənimin heç bir yerində plastik əməliyyat etdirməmişəm. Nə də ki, həkimlə görüşmüşəm. Elətdirsəm də, deyərəm. Burada nə var ki? Qəbahət yoxdur. Plastik əməliyyatlardan da qorxuram", - deyə T.Borçalı vurğulayıb.