Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cənubi Koreya 1/8 finalda, Uruqvay şokda - VİDEO - FOTO

Cənubi Koreya 1/8 finalda, Uruqvay şokda - VİDEO - FOTO

Tarix: 2 Dekabr 2022 21:10

21:04

Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq. Milli.Az matc.az-a istinadən bildirir ki, G və H qrupunun oyunlarından sonra 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.

G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya yığması Kamerunla qarşılaşacaq. Digər matçda isə İsveçrə seçməsi Serbiyanı sınağa çəkəcək. İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun - Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqlar.

H qrupunda isə minimum vəzifənin öhdəsindən gələn Portuqaliya millisi Cənubi Koreya yığması ilə üz-üzə gəlib. Hesabı Portuqaliya yığması açsa da, Cənubi Koreya millisi yekunda əzmkar qələbəyə sevinib. Digər oyunda isə Qana və Uruqvay seçmələri münasibətlərinə aydınlıq gətiriblər. Afrika təmsilçisi qələbə sayəsində 1/8 finala yüksələ bilərdi. Amma bu oyunda da Uruqvay yığması qalib gəlib. Lakin top fərqində daha yaxşı göstəricilərə malik Cənubi Koreyası ikinci yerlə pley-offa yüksəlib. Nəticədə Uruqvayla Qana mübarizəni dayandırmalı olub.

Daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları 1/8 finala yüksəliblər.

Dünya çempionatı
2 dekabr

G qrupu

23:00. Kamerun - Braziliya
Baş hakim: İsmail Elfat (ABŞ).
"Lusail" stadionu.

23:00. Serbiya - İsveçrə
Baş hakim: Fernando Rapallini (Argentina).
"Stadium 974".

Xal: Braziliya - 6. İsveçrə - 3. Kamerun - 1. Serbiya - 1.

H qrupu

Qana - Uruqvay 0:2
Qol: Corcian de Arraskaeta, 26; 32.
Matçın 26-cı dəqiqəsində Andre Ayyu penaltidən yararlana bilməyib (qapıçı)
Baş hakim: Daniel Zibert (Almaniya).
"Əl-Janoub" stadionu.

Qana: 1. Lourens Ati-Zici, 21. Abdul Samed Salis, 18. Daniel Amarti. 10. Andre Ayyu (k), 9. Cordan Ayyu, 17. Abdul Rahman Baba, 20. Məhəmməd Kudus, 5. Tomas Parti, 4. Məhəmməd Salisu, 26. Alidu Seydu, 19. İnyaki Uilyams.
Uruqvay: 23. Serxio Roçet, 6. Rodriqo Bentankur, 19. Sebastyan Koates, 10. Corcian de Arraskaeta, 2. Xose Mariya Ximenes, 13. Gilyermo Varela, 11. Darvin Nunyes, 16. Matias Oliveyra, 8. Fakundo Pellistri, 9. Luis Suares (k), 15. Federiko Valverde.

Cənubi Koreya - Portuqaliya 2:1
Qol: Kim Yunq Qvon, 27. Hvanq Hi-Çan, 90+1 - Rikardo Horta, 5.
Baş hakim: Fakundo Telyo (Argentina).
"Edyukeyşn Siti" stadionu.

Cənubi Koreya: 1. Kim Sın Qyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 20. Kvon Ken Von, 15. Kim Mun Hvan, 6. Hvan İn Bom, 5. Yunq Vu Yunq, 18. Li Kan İn, 10. Li Ce Son, 7. Hın Min Son (k), 9. Sun Kyu Ço.
Portuqaliya: 22. Dioqo Kosta, 3. Pepe, 24. Antonio Silva, 20. Joao Kanselo, 2. Dioqo Dalot, 16. Vitinya, 18. Ruben Neves, 17. Joao Mario, 23. Mateus Nunyes, 21. Rikardo Horta, 7. Kristiano Ronaldo (k).

Xal: Portuqaliya - 6. Cənubi Koreya - 4. Uruqvay - 4. Qana - 3.

---------

20:52

Cənubi Koreya 2 - 1 Portuqaliya
Qol: Rikardo Orta (5), Kim Yunq Qvon (27) Xvan Xi Çxan (90+1)

Qana 0 - 2 Uruqvay
Corcian de Arraskaeta (26,32)

-------

19:34

Qana 0 - 2 Uruqvay
Corcian de Arraskaeta (26,32)

Cənubi Koreya 1 - 1 Portuqaliya
Qol: Rikardo Orta (5), Kim Yunq Qvon (27)

19:28

Qana 0 - 1 Uruqvay
Corcian de Arraskaeta (26)

Cənubi Koreya 0 - 1 Portuqaliya
Qol: Rikardo Orta (5)

19:06

Cənubi Koreya 0 - 1 Portuqaliya
Qol: Rikardo Orta (5)

Qana 0 - 0 Uruqvay

-------

19:00

Bu gün dünya çempionatının 1/8 final mərhələsində H qrupunun matçlarına yekun vurulacaq.

DÇ-2022

H qrupu

3-cü tur

Qana - Uruqvay

Cənubi Koreya - Portuqaliya

Qana: 1. Laurens Atiziqi, 21. Salis Abdulsamed, 18. Daniel Amarte. 10. Andre Ayu, 9. Cordan Ayu, 17. Baba Rahman, 20. Mohammed Kudus, 5. Tomas Parte, 4. Mohammed Salisu, 26. Seidu Alidu, 19. İnaki Uillyams

Uruqvay: 23. Serxio Roçet, 6. Rodriqo Bentankur, 19. Sebastyan Koates, 10. Corcian de Arraskaeta, 2. Xose Mariya Ximenes, 13. Gilyermo Varela, 11. Darvin Nunyes, 16. Matias Oliveyra, 8. Fakundo Pellistri, 9. Luis Suares, 15. Federiko Valverde

Milli.Az


Etiketlər:  Cənubi Koreya 18 finalda Uruqvay şokda VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ