Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2019 12:24
Bakı. İlhamə İsabalayeva - Trend:
İlk xəbər saat 10:00-da yayımlanıb
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Hidayət oğlu Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiq edilib.
X X X
Bu gün Milli Məclisdə Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsi məsələsi gündəliyə daxil edilib.
Trend-in məlumatına görə, Milli Məclisin gündəliyinə ümumilikdə 14 məsələ daxildir.
Qeyd edək ki, Əli Əsədov Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiridir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin