Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2022 19:16
ABŞ prezidenti Co Bayden milli komandanın Qətərdə keçirilən dünya çempionatını tərk etməsinə münasibət bildirib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, ABŞ rəhbəri futbolçuların həvəsdən düşməməli olduğunu qeyd edib:
"Uşaqlar, biz sizinlə fəxr edirik. Ayağa qalxıb yolumuza davam edirik. Qarşıda bizi parlaq gələcək və 2026-cı ildə evdə keçirəcəyimiz dünya çempionatı gözləyir".
Qeyd edək ki, 1/8 finalda ABŞ yığması Hollandiya millisinə uduzaraq (1:3) turnirlə vidalaşıb.