Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2022 19:22
"Həm Putinin qələbəsi, həm də Zelenskinin qələbəsi Qərb üçün faydalı olmayacaq".
Sonxeber.net bildirir ki, ABŞ-ın nüfuzlu "Time" jurnalının redaksiya məqaləsində belə deyilir.
Jurnal "Kiyev üçün çox böyük qələbəyə" imkan verməməyə çağırıb, çünki heç kim Ukrayna uğrunda ölmək və ya Zelenskinin inadına görə donub qalmaq istəmir.
Bundan əlavə, amerikalı jurnalistləri qeyd edirlər ki, Ukraynanın qələbəsi Rusiyanı nəyin bahasına olursa-olsun "hüdudsuz qisas almağa" sövq edə bilər ki, bu da Qərbin xeyrinə olmayacaq. Belə bir ssenari nüvə silahından istifadə risklərini artırır.
Rus qoşunlarının açıq qarşıdurmada üstünlükləri göz qabağındadır. Rusiya ordusunu möhkəmləndirilmiş mövqelərindən çıxarmaq üçün Kiyevə canlı qüvvədə üçqat üstünlük lazımdır.
Eyni zamanda "Time" qeyd edir ki, Krım həmişəlik Ukrayna üçün itirilib. Lakin digər Ukrayna ərazilərinin Rusiya Federasiyasına qoşulmasının tanınması Çin və İran kimi digər iddialı dövlətlər üçün presedent olardı ki, bu da ABŞ üçün əlverişsizdir.